(+99412) 597-45-20

Beynəlxalq əlaqələr üzrə prorektor


İsayev Orxan Rasim oğlu 1987-ci ildə ziyalı ailəsində anadan olmuşdur. 1994-2001-ci illərdə Bakı şəhəri 9 saylı orta məktəbdə, 2001-2005-ci illərdə isə 5 saylı kimya-biologiya təmayüllü liseydə təhsil almışdır. 2005-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) I Müalicə-profilaktika fakultəsinə daxil olmuş və 2011-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişdir.
2009-2011-ci illərdə ATU-nun Tələbə-Gənclər Təşkilatınin sədri vəzifəsində fəaliyyət göstərmiş və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İdarə heyətinin üzvü olmuşdur. 2009-2010-ci illərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda laborant vəzifəsində çalışmışdır.
2011-ci ildə Almaniya Federativ Respublikasının Heidelberg Universitetinin doktoranturasına daxil olmuş, Molekulyar Onkocərrahiyə elmi-tədqiqat qrupunda kök hüceyrələr sahəsi üzrə araşdırmalar aparmış və 2014-cü ildə dissertasiya işini müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 13 yanvar 2016-ci il tarixli qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Hal-hazırda “Bədxassəli şişlər zamanı xərçəng kök hüceyrələrinin İNF-alfa vasitəsilə aktivləşdirilməsinin müalicəvi və proqnostik əhəmiyyəti” mövzusunda elmlər doktoru dissertasiyası üzərində çalışır.
2015-2016-cı illərdə ATU-nun Elmi Tətqiqat Mərkəzində kiçik elmi işçi kimi fəaliyyət göstərmişdir. 2016-cı ildə müsabiqə yolu ilə ATU-nun Histologiya, embriologiya və sitologiya kafedrasına assistent vəzifəsinə seçilmişdir. 2017-2019-cu illərdə ATU-nun Xarici tələbələrlə iş üzrə dekanlığında öncə dekan müavini, sonra isə dekan vəzifəsində çalışmışdır. 2019-cu ilin mart ayından ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru vəzifəsini icra edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 30 yanvar 2018-ci il tarixli qərarı ilə “Hüceyrə biologiyası, sitologiya və histologiya” ixtisası üzrə dosent elmi adı almışdır.
Azərbaycan Respulikası Səhiyyə Nazirliyinin “Sağlamlıq” elmi-praktiki jurnalının məsul katibidir. Alman Kök Hüceyrələri Şəbəkəsinin üzvüdür.

Azərbaycan, rus, ingilis, alman və türk dillərini bilir.
Email: [email protected]