Müşfiq Teyyub oğlu Orucov 1975-ci ildə Azərbaycan Respublikasının Zəngilan rayonunda anadan olmuşdur.
1992-1998-ci illərdə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakultəsində təhsil almışdır.
1998-2001-ci illər ərzində ATU-nun Histologiya, embriologiya və sitologiya kafedrasında aspirant olmuşdur.
2005-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2002-2011-ci illər ərzində ATU-nun Histologiya, embriologiya və sitologiya kafedrasında, 2011-2015-ci illər ərzində İnsan anatomiyası kafedrasında baş müəllim vəzifələrində çalışmışdır.
2015-ci ildən hal-hazıradək ATU Patoloji anatomiya kafedrasının dosenti, tədris işləri üzrə müdir müavini vəzifəsində işləyir.
2008-2009-cu illərdə Avropa İttifaqının Erasmus Mundus mübadilə proqramı ilə Yunanıstanın Saloniki şəhərinin Papageorgiou Xəstəxanasında Histopatologiya üzrə elmi ezamiyyətdə olmuşdur.
2018-2019-cu illərdə ABŞ Dövlət Departamentinin Fulbright Proqramı ilə ABŞ Ohayo ştatı Klivlend Klinikasında qaraciyər patologiyası üzrə elmi tədqiqat işi aparmışdır.
2016-2017-ci illərdə ATU Stomatologiya fakültəsində akademik məsləhətçi, 2017-2019-cu illərdə isə ATU-nun Beynəlxalq əlaqələr şöbəsində Mübadilə proqramları üzrə koordinator vəzifəsində çalışmışdır.
ATU II Müalicə-profilaktika fakültəsinin Elmi Şurasının və Əməkdaşların Həmkarlar İttifaqı Bürosunun, ATU-da fəaliyyət göstərən FD 2.08 Dissertasiya Şurasının, ATU Nəzəri fənlər üzrə Problem Komissiyasının üzvüdür.
18.09.2019-cu il tarixindən etibarən Beynəlxalq əlaqələr şöbəsinə müdir təyin olunmuşdur.
Email: [email protected]