AZ RU EN

Horizon 2020

Avropa ölkələrində elmi tədqiqatları dəstəkləmək məqsədi ilə 1984-cü ildən başlayaraq Avropa Komissiyası xüsusi Çərçivə Proqramları (ÇP) işləyib hazırlayır və maliyyələşdirir. 2014–2020-ci illər üçün nəzərdə tutulmuş Elmi Tədqiqat və İnnovasiya Çərçivə Proqramı Horizon2020 adlandırılır və əvvəllər elmi tədqiqatların və innovasiya fəaliyyətinin dəstəklənməsini ayrı-ayrılıqda maliyyələşdirən bir neçə proqramı özündə cəmləşdirir. Bu Proqram Avropa İttifaqının (Aİ) EUROPE2020 adlı 2014-2020-ci illər üçün inkişaf Strategiyasının 7 əsas təşəbbüsündən biri olan 30-dan artıq maddədən ibarət-İnnovasiya İttifaqı təşəbbüsünü həyata keçirmək vəzifəsini üzərinə götürmüşdür. 

Proqramın büdcəsi 2014–2020-ci illər üçün 80 milyard avro nəzərdə tutulmuşdur. Proqramın davamı olaraq “Horizon Avropa (Horizon Europe)” adı ilə 2021-2027-ci illəri əhatə edəcək və bu illər üçün ayrılmış büdcə 100 milyard avro nəzərdə tutulmuşdur.

Horizon 2020 proqramının məqsədi, birləşmiş Avropanın sürətli və dayanıqlı iqtisadi inkişafı üçün, onun dünyada rəqabətə davamlılığının artması üçün elmi-texnoloji bünövrə yaratmaq, məşğulluğu artırmaq, Aİ-nın elmi-texnoloji cəhətdən ən inkişaf etmiş ölkələr səviyyəsinə qaldırmaq, Avropanın vahid elmi məkanının formalaşmasını tamamlamaqdan ibarətdir.

Proqramı Avropa Komissiyasının sahələr üzrə (təhsil və mədəniyyət, informasiya texnologiyaları, sağlamlıq və s.) idarələri ilə birgə elmi tədqiqat və innovasiya üzrə Baş İdarəsi tərtib edir və idarə edir.

Yuxarıda göstərilən məqsədlərə uyğun olaraq Horizon 2020 Proqramı üç əsas istiqamətdən (struktur blokundan): Qabaqcıl elm (Exellent science), Sənayedə liderlik (Industrial Leadership), Sosial çağırışlar (Societal challenges) və bir neçə əlavə bölmələrdən ibarətdir.

Qeyd olunan struktur bloklarından Sosial çağırışlar (Societal challenges) blokunun içərisinə “Səhiyyə, demoqrafik dəyişiklik və rifah” sahəsi aid olunur. Bu istiqamətdə əsas beynəlxalq əməkdaşliq prioritetləri aşağıdakılardır:

  • fərdiləşdirilmiş tibb
  • innovativ sağlamliq və tibbi xidmət sistemləri
  • infeksion xəstəliklər və qlobal sağlamliğin yaxşilaşdirilmasi
  • ətraf mühitin, o cümlədən iqlim dəyişikliklərinin sağlamliğa və əhalinin rifahina təsiri
  • sağlamliq və əhalinin rifah halinin yaxşilaşdirilmasinda rəqəmsal texnologiyalarin tətbiqi
  • sağlamliq və əhalinin rifah halinin yaxşilaşdirilmasinda “böyük verilənlər”in (big data) və kibertəhlükəsizliyin tətbiqi

 

Həmçinin, “Səhiyyə, demoqrafik dəyişiklik və rifah” üzrə əsas istiqamətlər aşağıdakı kimi müəyyən edilmişdir:

  • birgə multidissiplinar tədqiqatlar
  • innovasiyalarin tətbiqi
  • “mavi səma” tədqiqatlari (elmi bazanin gücləndirilməsi və genişləndirilməsi)
  • infrastrukturlar təkmilləşdirilməsi
  • üzv ölkələrlə və beynəlxalq əməkdaşlarla fəaliyyət

 

Proqram haqqında daha ətraflı məlumat üçün qeyd olunan linkdən faydalana bilərsiniz:

 http://bei.science.gov.az/en/horizon/  

 

 

 

 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası