Orhun mübadilə proqramı nədir?
Orhun mübadilə proqramı Türk Şurası Türk Universitetlər Birliyinin üzvü olan universitetlər arasında tələbə və müəllim mübadiləsini asanlaşdırmaq məqsədi daşıyan bir proqramdır (www.turkunib.org).
Orhun mübadilə proqramından kim faydalana bilər?
Pilot proqram haqqında Əsasnaməyə uyğun olaraq, müvafiq ali təhsil müəssisəsi ikitərəfli mübadilə protokolu imzaladığı halda, tələbələr TurkUnib ali təhsil müəssisəsinə üzv olan bir təhsil müəssisəsində rəsmi təhsil proqramı çərçivəsində qeydiyyata alındıqları təqdirdə, Orhun mübadilə proqramından istifadə edə bilərlər. Mübadilə edən tələbə ilə ali təhsil müəssisəsi arasında müqavilə imzalanır. Müqavilədə mübadilə müddəti, təqaüdün miqdarı, digər ödənişlər, tələbə tərəfindən öhdəliklərini yerinə yetirilməməsi halında məsuliyyət və digər oxşar məsələlə öz əksini tapır.
Orhun mübadilə proqramı üçün müraciət tələbləri nədir?
Orhun mübadilə proqramına müraciət etmək üçün tələbə bakalavr təhsili almalıdır. İştirak etmək hüququnu kiçik mütəxəssis və ya bakalavr təhsili alan, həmçinin dörd ballıq şkala üzrə ən azı 2,5 GPA olan tələbə əldə edə bilər. Diplomdansonrakı təhsil pilləsində təhsil alanların orta balı 50% dil və 50% GPA olmaqla, dörd ballıq şkala üzrə ən azı 3,00 olmalıdır. Kiçik mütəxəssis və ya bakalavr səviyyəsində oxuyan birinci kurs tələbələri, habelə diplomdansonrakı təhsil üçün hazırlıq kurslarında və elmi hazırlıq proqramlarında iştirak edənlər birinci tədris ilinin birinci semestrində bu proqramda iştirak edə bilməzlər.
Orhun mübadilə proqramına uyğun olan tələbə necə müraciət etməlidir?
Ərizə tələb olunan formaları düzgün dolduraraq Orhun mübadilə proqramına cavabdeh olan universitetin şöbəsinə təqdim edilməlidir.
Orhun mübadilə proqramında iştirak üçün son tarixlər hansıdır?
Tələbələr ən azı bir, maksimum iki semestr xaricdə təhsil ala bilərlər. Semestr dövrlərinin müddəti fərqli ola bilər. İştirakçı ölkələrin təhsil sistemlərindəki fərqləri nəzərə alaraq, mübadilə bir semestr ola bilər. Müəllimlər də Orhun mübadilə proqramında iştirak edə bilərlər. Eyni tədris ilində müəllim heyətinin hərəkətlilik dövrləri ən azı iki həftə və üç aydan çox ola bilməz.
Tələbələr Orhun mübadilə proqramında iştirak edərkən təhsil haqqını ödəməlidirlərmi?
Tələbələr proqram müddətində təhsil haqqını qəbul edən müəssisəyə ödəmirlər, lakin məcburi təhsil haqqını öz müəssisələrinə ödəməyə davam edirlər. Mübadilə proqramının bir hissəsi olaraq ev sahibi müəssisəyə heç bir əlavə haqq ödəmirlər.