AZ RU EN

Mevlana

Mevlana Mübadilə Proqramı Türkiyə universitetləri ilə digər ölkələrin universitetləri arasında tələbə və professor-müəllim mübadiləsi proqramıdır. 23 Avqust 2011-ci il tarixində verilmiş 28034 saylı fərman sayəsində Türkiyə universitetləri ilə digər ölkələrin ali təhsil müəssisələri arasında tələbə və professor-müəllim mübadiləsi mümkün oldu.

Digər mübadilə proqramlarından fərqli olaraq, Mevlana coğrafi ayrı-seçkilik olmadan bütün dünya ali təhsil müəssisələrini əhatə edir.

Tələbələr xaricdə bir (minimum) və ya iki (maksimum) semestr ərzində təhsil ala bilərlər. Müəllimlər isə xaricdə bir həftədən (minimum) üç aya (maksimum) mühazirələr oxuya bilərlər. Müvafiq olaraq, istənilən ölkədən olan tələbə və müəllimlər bu proqramdan Türkiyənin ali təhsil müəssisələrində oxumaq və ya mühazirə demək üçün istifadə edə bilərlər.

 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası