- Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik missiyalar və nümayəndəliklər ilə əlaqələrin qurulması və inkişafı
- Tibb elmi və təhsili sahəsində aparıcı universitetlər və təhsil müəssisələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması, müştərək müqavilələrin, elmi və digər layihələrin hazırlanması, onların həyata keçirilməsinin monitorinqi
- Beynəlxalq konfransların, simpoziumların və seminarların təşkili və keçirilməsinə yardım
- Beynəlxalq layihələrdə iştirak
- Tələbə, magistr, rezident, doktorant, professor-müəllim heyəti və inzibati işçilərin mübadiləsi
- Xarici mütəxəssislərin tələbələr və müəllimlər üçün müxtəlif mövzularda mühazirələr keçməyə dəvət olunması
- Universitetin beynəlxalq fəaliyyəti üçün lazımi sənədləşmə işlərinin aparılması
- Fakültə və klinikaların beynəlxalq fəaliyyətləri (xarici ezamiyyətlər, onların məqsədləri və nəticələri) haqqında ildə iki dəfə hesabatların qəbulu
- ATU kitabxanası üçün ingilis dilində dərsliklərin, jurnalların və dövri nəşrlərin alınması işinin həyata keçirilməsinə nəzarət
