AZ RU EN

Qaydalar

1. Əməkdaş planlaşdırılan səfərdən 3 həftədən az olmayaraq qeydiyyatdan keçməlidir.

2. Azərbaycan Tibb Universiteti Rektorunun adına olan ərizənin Word versiyası saytın “Tələb olunan sənədlər” bölməsindən yükləndikdən sonra elektron formada doldurulmalı, müvafiq bölmələr imzalanmalı və skan edilərək pdf formatında yenidən sayta yüklənilməlidir.

3. Rektorun adına ərizədə ATU əməkdaşları üçün kafedra müdirinin, həmçinin müvafiq klinika direktorunun və şöbə müdürinin imzaları mütləqdir. Yuxarıda göstərilən şəxslərdən biri ərizəni imzalamaqdan imtina etdiyi halda, səbəbini yazılı olaraq Universitet rəhbərliyinə bildirməlidir.

4. Dəvət məktubunda səfər edən şəxsin adı və soyadı, tədbirin adı, keçirələcəyi tarix və məkan, iştirakın forması əks olunmalıdır. Dəvət məktubu tədbirin rəsmi təşkilatçısı tərəfindən imzalanmış şəkildə göndərilməlidir. Elektron qaydada göndərilən məktublar dəvət edən qurumun rəsmi email ünvanından daxil olmalıdır.

5. Rəsmi dəvət məktubunun Azərbaycan dilinə tərcüməsi (notarial təsdiqsiz) tələb olunur.

6. Qeydiyyat prosesi uğurla başa çatdığı təqdirdə, qeyd etdiyiniz email ünvanınıza təsdiq məktubu göndəriləcəkdir.

7. Qeydiyyat zamanı daxil edilən məlumatların və sənədlərin həqiqiliyinə əməkdaş məsuliyyət daşıyır.

8. Azərbaycan Tibb Universiteti səfərlə bağlı heç bir məsuliyyət daşımır.

9. Tədbirdə iştirakla bağlı hesabat [email protected] e-mail ünvanına 10 gündən gec olmayaraq təqdim edilməlidir.

 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası